NATO ölkələri Ukraynaya 15 mln avro ayıracaq

NATO ölkələri Ukraynaya 15 mln avro ayıracaq
# 05 sentyabr 2014 00:39 (UTC +04:00)

Bakı-APA. NATO ölkələri 15 mln avro həcmində yardım ayıracaq. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen Ukrayna prezidenti Pyotr Poroşenko ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Alyans Ukraynaya müxtəlif istiqamətlər üzrə yardımı nəzərdə tutan tədbirlər paketi hazırlayıb. O, həmçinin, NATO Ukraynanın müdafiə sahəsində islahatların aparılmasında da Kiyevə yardım etmək niyyətində olduğunu qeyd edib.

Qeyd edək ki, Ukrayna prezidenti Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində iştirak edir.

Rusiya tədbirə dəvət olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR