Elman Abdullayev: “Azərbaycanın diplomatik missiyaları Xocalı soyqırımına hüquqi qiymət verilməsi istiqamətində aktiv iş aparırlar”

Elman Abdullayev: “Azərbaycanın diplomatik missiyaları Xocalı soyqırımına hüquqi qiymət verilməsi istiqamətində aktiv iş aparırlar”
# 08 fevral 2013 13:24 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

O qeyd edib ki, Azərbaycanın bütün diplomatik missiyaları bu hadisələrə hüquqi qiymət verilməsi istiqamətində aktiv iş aparırlar. Diplomat İƏT dövlət başçılarının zirvə görüşünün yekun sənədində ilk dəfə olaraq Xocalı soyqırımına qiymət verildiyini qeyd edib.

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının Misirdə keçirilmiş 12-ci zirvə görüşünün yekun sənədində Azərbaycan torpaqlarının işğalını pisləyən və Ermənistandan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxmağı tələb edən müddəa daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR