Novruz Məmmədov: “Azərbaycanlı tələbələrin xaricdə təhsilində şəffaflıq və ədalət daha yüksək səviyyədə təmin olunmalıdır”

Novruz Məmmədov: “Azərbaycanlı tələbələrin xaricdə təhsilində şəffaflıq və ədalət daha yüksək səviyyədə təmin olunmalıdır”
# 22 fevral 2013 10:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimatda çıxışı zamanı deyib.

O bildirib ki, xarici ölkələrdə təhsil alan tələbələr hansısa məsələdən narazı qaldıqları zaman bu barədə məlumat verməsi Azərbaycanın imicinə çox ciddi təsir göstərir: “Bu tələbələr müəyyən bir hadisə olanda onun barəsində sosial şəbəkələrdə fikir bildirirlər. Onlar ölkə prezidentinin gördüyü işlər barədə məlumat verməkdə çətinlik çəksələr də, mənfi və neqativ fikirləri açıq şəkildə nümayiş etdirirlər. Düşünürəm ki, bu nöqtəyi-nəzərdən prosesdə yaranan şəffaflıq onların bu addımı atmasına mane olacaq. Təhsil Nazirliyində təqdimatı keçirilən yeni saytın fəaliyyəti nəticəsində bu işləri yeni səviyyəyə qaldırmaq mümkün olacaq. Azərbaycan prezidenti xaricdə təhsilə çox böyük əhəmiyyət verir. Azərbaycanda bu daha liberal formada həyata keçirilir”.

N. Məmmədov azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün 40-dan çox sənədin tələb olunmasından narazılığını bildirib: “Dünyanın heç bir yerində, Azərbaycanda elə bir yer olmaz ki, orada təhsil üçün 40 sənəd tələb olunsun. Bu prosesi sistemləşdirib elə bir iş görmək olar ki, bu sənədlərin sayı azalsın. Lakin qeyd etməliyəm ki, ölkədə azərbaycanlı gənclərin xaricdə təhsili ilə bağlı uğurlu işlər görülür və bu proses gələcəkdə də davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR