İran XİN Netanyahunun İran nüvə proqramına dair nitqini yalan hesab edir

İran XİN Netanyahunun İran nüvə proqramına dair nitqini yalan hesab edir
# 04 mart 2015 04:28 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Netanyahu ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı İran hakimiyyətinin radikal olduğunu və dünya ictimaiyyəti üçün ciddi təhlükə yaratdığını bildirib.

İran XİN mətbuat xidmətinin rəhbəri Mərziyə Əfham Netanyahunun nitqinin çox “darıxdırıcı” olduğunu və onun İranın dinc nüvə proqramının məqsədlərinə dair yalan yaymaqda davam etdiyini qeyd edib.

Mərziyə Əfham İsrailin baş nazirinin nitqinin hiyləgər bir şou olduğunu bildirərək, bunun Netanyahunun seçkiqabağı kampaniyasının tərkib hissəsi təşkil etdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR