İranda 4 nəfər əhalinin göz qarşısında edam edilib

İranda 4 nəfər əhalinin göz qarşısında edam edilib
# 21 iyun 2012 01:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərində iyunun 20-də 4 nəfər edam edilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, cinsi zorakılıqda təqsirləndirilən məhbuslar Tehranın şərqində səhər saatlarında əhalinin gözü qarşısında asılıblar. Onlardan biri Tehranın Azadlıq meydanı yaxınlığında bıçaqla bir tələbə qızı hədələyərək, ikinci məhbus bir qadının evinə daxil olaraq, üçüncüsü bir neçə qadına, dördüncü məhbus isə 17 yaşlı oğlana təcüvüz etməkdə təqsirləndirilib. Edam cəzasının icrasını çox sayda şəhər sakini izləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR