Rusiyalı həmsədr Minsk qrupunun Dağlıq Qarabağ münaqişənin həllində heç bir irəliləyişə nail olmaması barədə deyilənlərlə razılaşmır

Rusiyalı həmsədr Minsk qrupunun Dağlıq Qarabağ münaqişənin həllində heç bir irəliləyişə nail olmaması barədə deyilənlərlə razılaşmır
# 06 mart 2012 11:43 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. “ATƏT-in Minsk qrupu bu illər ərzində aktiv şəkildə kömək etdi ki, münaqişə tərəfləri problemin həllinə yaxınlaşsın”. APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov qrupun fəaliyyət göstərdiyi 20 ildə münaqişənin həllində heç bir irəliləyişə nail olunmaması barədə suala cavabında deyib. “Düşünürəm ki, bu, düzgün fikir deyil. Mən başqa müsahibələrimdə də demişəm ki, biz çox şey etdik ki, sülh müqaviləsi imzalansın”, - deyə diplomat bildirib.

Son zamanlar münaqişənin həllinin əsas prinsipləri üzərində iş aparıldığını qeyd edən İ. Popov sonuncu dəfə prezidentlərin Soçi görüşündə də bu məsələlərin müzakirə olunduğunu söyləyib: “Orda Azərbaycan və Ermənistan prezidentləri təsdiq etdilər ki, bu sənədin hazırlanmasının tezləşdirilməsinə hazırdırlar. Başqa bir vacib məqam isə odur ki, biz 20 il ərzində qoymadıq ki, bu münaqişə daha da qaynar fazaya keçsin”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR