Çexiya hökuməti pensiyaları dondurur

Çexiya hökuməti pensiyaları dondurur
# 28 fevral 2012 07:38 (UTC +04:00)
Bakı - APA-Economics. Çexiya hökuməti büdcə kəsirini ixtisar etmək üçün pensiyaları dondurmaq qərarına gəlib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bunu ölkənin baş naziri Petr Neças bəyan edib.

Onun sözlərinə görə, təkcə bu il Çexiya hökuməti büdcə xərclərini 23 mlrd. kron (1,2 mlrd. avro) ixtisar etməlidir: “2013-2014-cü illərdə də hökumət iqtisadi tənəzzüllə mübarizə məqsədilə əhali arasında qeyri-populyar olan bir sıra addımlar atmalı, o cümlədən vergiləri artırmalı olacaq. Çünki bu addımlar zərurətdən doğur”.

Hökumətin hesablamalarına görə, pensiyaların dondurulması və vergilərin artırılması 2016-cı ildə Çexiyanın büdcə kəsirini sıfıra endirməyə imkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR