Yaşar Nurinin müalicəsi bu ayın sonunda yekunlaşacaq

Yaşar Nurinin müalicəsi bu ayın sonunda yekunlaşacaq
# 13 sentyabr 2012 15:14 (UTC +04:00)
Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın APA-ya verdiyi məlumata görə, aktyorun müalicəsi bu ayın sonunda yekunlaşacaq: “Mən bir neçə günlük Bakıya gəldim və iki günə Yaşarın yanına qayıdıram. Ümumi vəziyyəti yaxşıdır və müalicəsi artıq ayın sonunda bitəcək. Bundan sonra isə Yaşar Vətənə qayıdacaq”. R.Nuriyeva Yaşar Nuri Türkiyədə müalicə olunduğu müddət ərzində dəfələrlə onun səhhəti ilə bağlı yanlış məlumatların yayılmasına narazılığını ifadə edib: “Axı Yaşar haqqında yanlış məlumatları yaymaq kimə xeyir edir? Bu nəyə lazımdır? Bu qədər yalan olmaz axı. Yaşar aylardır orada müalicə olunur və ona dəstək olmaq vacibdir. İnşallah, sağ-salamat, ayaq üstə Vətənə dönəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR