“Azadlıq” radiosu: “İranda əməkdaşlarımızın qohumları ETTELAAT-a çağırılıb təhdid edilir”

“Azadlıq” radiosu: “İranda əməkdaşlarımızın qohumları ETTELAAT-a çağırılıb təhdid edilir”
# 02 iyun 2012 04:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Azadlıq” radiosunun fars redaksiyasının (RadioFərda) iranlı əməkdaşlarının qohumları bir ildə 20 dəfə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) çağrılıb və təhdid ediliblər”.
APA-nın məlumatına görə, bu barədə “RadioFərda”-nın rəhbəri Arman Mostufi açıqlama verib. O bildirib ki, bir ildən çoxdur radionun əməkdaşlarının qohumlarına İranda təzyiq göstərilir: “10 ailə 1 ildir təhdid olunur. ETTELAAT-da onlardan radioda çalışan qohumları ilə əlaqələrini kəsmələri tələb olunur. İstəyirlər ki, radioda işləyən qohumlarına desinlər ki, “Azadlıq”da çalışmayın”.
Məsələyə münasibət bildirən “Azadlıq” radiosunun direktoru Stiven Korn isə deyib ki, İran bu yolla azad xəbərin və məlumatların yayılmasının qarşını almaq istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR