Etilen-polietilen zavodunda əsaslı təmirlə əlaqədar müşavirə keçirilib - FOTO

Etilen-polietilen zavodunda əsaslı təmirlə əlaqədar müşavirə keçirilib - <font color=red>FOTO</font>
# 26 iyul 2012 08:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyində Etilen-polietilen zavodunun “EP-300” və “Polimir-120” komplekslərinin builki əsaslı təmirinə hazırlıqla bağlı geniş müşavirə keçirilib.

“Azərikimya”dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə zavodun istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı mövcud vəziyyət haqqında geniş məlumat verilib, bir sıra həlli vacib məsələlər müzakirə edilib. Bildirilib ki, təmirin yüksək səviyyədə qüsursuz aparılması üçün nəzərdə tutulan bütün işlərin yerinə yetirilməsinə Birlik üzrə yaradılmış qərargah tərəfindən nəzarət ediləcək. Etilen-polietilen zavodunun bütün sex və istehsalatlarında təmirqabağı monitorinqlər keçirilib, təmirə ehtiyacı olan qurğu və mexanizmlər üzrə texniki müşahidələr və analizlər aparılıb. Monitorinq və müşahidələrin nəticələri fotoslaydlar vasitəsilə nümayiş etdirilib.

Müşavirədə qeyd edilib ki, hər bir sex və istehsalatda təmirdən əvvəl bir daha ciddi araşdırmalar aparılmalı, mümkün təhlükə risklərinin dərəcəsi müəyyənləşdirilməli, mühəndis-texnik işçilərin və fəhlələrin təlimatlandırılması mövcud standartlar səviyyəsində təşkil edilməli, yüksəklikdə işləyənlər üçün maksimum təhlükəsiz şərait yaradılmalıdır.

Əsaslı təmir işlərinə Etilen-polietilen zavodunun təmirçiləri ilə yanaşı, birliyin Təmir-tikinti İdarəsinin, Mexaniki-təmir zavodunun aparıcı briqadaları, həmçinin Nəqliyyat və xüsusi texnika İdarəsinin maşın-mexanizmləri də cəlb olunub. Təmirdə iştirak etməli olan briqadaların işə başlamasına yalnız işləyəcəkləri sahələr təmirə tam hazır olduqdan və bütün təhlükəsizlik tədbirləri yerinə yetirildikdən sonra razılıq verilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR