Almaniyanın ticarət balansının profisiti 14 mlrd. dolları keçib

Almaniyanın ticarət balansının profisiti 14 mlrd. dolları keçib
# 09 mart 2012 10:50 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın ticarət balansının müsbət saldosu aylıq müqayisədə 2,”% artaraq 13,9 mlrd. avrodan mövsümi dəyişikliklər nəzərə alınmaqla 14,2 mlrd. avroya yüksəlib.

APA-Economics”in xəbərinə görə, bu barədə Almaniya Federal Statistika Agentliyinin açıqlamasında bildirilir.

Bu göstərici analitiklərin proqnozlarından (13,5 mlrd. avro) da yüksək olub. Mövsümi düzəlişləri nəzərə almadan yanvarda Almaniyanın ticarət balansının profisiti aylıq müqayisədə 12,9 mlrd. avrodan 13,1 mlrd. avroya çatıb.

Hesabat dövründə Almaniyadan ixracın həcmi (mövsümi və təqvim faktorlarını nəzərə alaraq) aylıq müqayisədə 2,3% artaraq 88,7 mlrd. avro, idxalın həcmi isə 2,4% artaraq 74,5 mlrd. avro təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR