Meyxanaçı Tərlan Mustafayev (Dağlı) oğurluq üstündə həbs edilib

Meyxanaçı Tərlan Mustafayev (Dağlı) oğurluq üstündə həbs edilib
# 05 mart 2012 10:17 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2011-ci il dekabrın 11-nə keçən gecə O. Bağırov küçəsində yaşayan Zemfira Əliyevanın evindən açıq qapıdan keçmə yolu ilə televizor, DVD və telefon oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Rüstəmov və Tərlan Mustafayev martın 3-də tutulublar. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya bildirilib ki, hadisədə təqsirləndirilən T. Mustafayev “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşıdır.

Qeyd edək ki, T. Mustafayev son bir ayda 3 dəfə bıçaqlanıb. Sonuncu dəfə o, fevralın 26-dan 27-nə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 6-nın qarşısında qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində onun özünə xəsarət yetirdiyi məlum olub.

Xatırladaq ki, bıçaqlanan T. Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR