Azərbaycanda bir neçə rayonun prokuroru dəyişdirilib

Azərbaycanda bir neçə rayonun prokuroru dəyişdirilib
# 17 mart 2012 11:30 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi Zakir Saatov, Astara rayon prokuroru Əlixan Əliyev və Kürdəmir rayon prokuroru Nurəddin Qasımov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilərək, müvafiq olaraq Astara, Kürdəmir və Samux rayon prokuroru vəzifələrinə, Fəxri Ələsgərov isə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR