İran SQ Baş Qərargah rəisi: “Türkiyə İranın dostu və dəstəkçisidir”

İran SQ Baş Qərargah rəisi: “Türkiyə İranın dostu və dəstəkçisidir”
# 15 avqust 2012 22:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın bütün qonşuları ilə yaxşı əlaqələri var. Bəzi ixtilaflar və səhv anlaşılan ifadələr qonşularla yaxşı münasibətlərimizə təsir göstərməyəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi bildirib. Onun sözlərinə görə, İran Türkiyə ilə dərin köklərə söykənən əlaqələrə sahibdir: “Türkiyə İranın dostu və dəstəkçisidir. Müsəlman ölkələrlə, xüsusilə Türkiyə ilə ortaq dəyərlərimiz var. Bunu islam dünyasının birliyinə zəmin olaraq görürük. Müsəlman ölkələr arasındakı ixtilaf “Qurani Kərim”ə ziddir. Dostyana əlaqələrdən müsəlmanların bölgədə və dünyada iqtidarları üçün faydalanmaq istəyirik. Türkiyə, Qətər və Səudiyyə Ərəbistanındakı qardaşlarıma salam göndərir və onlarla islami ortaq dəyərlərə sahib olduğumuz üçün də qürur duyuram”.

H. Firuzabadi deyib ki, İranın düşmənləri ABŞ, Böyük Britaniya və İsraildir: “Onlarla fikir ayrılıqlarımız var. Onlar davamlı olaraq islam və müsəlmanlar əleyhinə sui-qəsdlər törədirlər. Biz müsəlmanlar düşmənlərin sui-qəsdlərinə qarşı ayıq olmalıyıq”.

Qeyd edək ki, bir müddət öncə H. Firuzabadi Suriyada qan tökülməsində Türkiyə, Qətər və Səudiyyə Ərəbistanını ittiham etmişdi. O bildirmişdi ki, “böyük şeytan”ın (ABŞ) hərbi planlarına dəstək vermək Suriyaya qonşu olan ölkələr üçün doğru addım deyil: “Əgər onlar bu cür hərəkət edirlərsə, gələn dəfə sıranın Türkiyə və digər ölkələrə gələcəyini bilməlidirlər. Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdəki dostlarımıza xəbərdarlıq edirik. Onlar “əl-Qaidə” terrorunun yayılmasının qurbanına çevrilməsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR