Azərbaycan ilk peykinin idarə edilməsini həyata keçirəcək mütəxəssis heyəti Malayziyaya səfər edəcək - FOTO

Azərbaycan ilk peykinin idarə edilməsini həyata keçirəcək mütəxəssis heyəti Malayziyaya səfər edəcək - <font color=red>FOTO</font>
# 16 fevral 2012 11:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Azərkosmos” ASC-nin ölkənin ilk telekommunikasiya peykinin idarə edilməsini həyata keçirəcək 25 nəfərdən ibarət mütəxəssis heyəti yaxın günlərdə layihə üzrə əməkdaşlıq çərçivəsində Malayziyanın “MEASAT” şirkətində peykin idarə edilməsi və istismarı prosesinin daha dərindən öyrənilməsi məqsədilə Malayziyanın Kuala-Lumpur şəhərinə gedəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərkosmos” ASC-nin texniki mütəxəssis heyəti ilə görüş keçirib.

Görüşdə “Azərkosmos” ASC-də görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib və ASC-nin texniki mütəxəssis heyətinin hazırlanması və kadr potensialının inkişafına xüsusi diqqət yetirildiyi vurğulanıb. Qeyd olunub ki, hələ ötən ilin oktyabr-noyabr aylarında “Azərkosmos” ASC-nin əməkdaşları Malayziyanın “MEASAT” şirkətində və peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” korporasiyasında müvafiq treninq və ixtisasartırma kurslarında iştirak edib, 2012-ci ildə də intensiv təlim prosesi davam etdirilir.

Görüşdə Azərbaycanda kosmik sənayenin yaradılması, telekommunikasiya peyklərinin orbitə çıxarılması və Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanların inkişafına xüsusi diqqət və qayğı göstərdiyini qeyd edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR