Siyəzəndə 6 yaşlı qızı maşın vurub

Siyəzəndə 6 yaşlı qızı maşın vurub
# 05 iyul 2012 15:19 (UTC +04:00)
Siyəzən. Vəli Turan - APA. Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini 6 yaşlı Rəqsanə Məmmədovanı maşın vurub. Hadisə valideynlərinin onu bağçaya apardığı zaman baş verib. Azyaşlı dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Mərkəzdən verilən məlumata görə, Rəqsanə Məmmədovanın vəziyyəti stabildir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR