ABŞ-da təbii fəlakət qurbanlarının sayı 18-ə çatıb

ABŞ-da təbii fəlakət qurbanlarının sayı 18-ə çatıb
# 03 iyul 2012 03:46 (UTC +04:00)
Bakı-APA. Ötən həftənin sonlarında ABŞ-ın Şərq sahilindəki bir neçə ştatında əsmiş güclü qasırğanın qurbanlarının sayı 18 nəfərə çatıb.

Ən çox qurbanı Virciniya ştatı verib. Orada 6 nəfər həlak olub. Onların arasında evdə yatarkən evinin üstünə ağac düşmüş 90 yaşlı qadın da var.

Merilend ştatında 3, Nyu-Cersidə 2, Kolumbiya mahalında isə 1 nəfər ağacların altında qalaraq ölüblər.

Ziyan görmüş rayonlarda 2 milyon 400 min nəfər elektrik enerjisindən məhrum olub. Bu rayonlarda elektrik enerjisi yalnız həftənin sonuna bərpa olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR