«AtaBank» bu il «MasterCard» ödəniş sisteminə qoşulmağa hazırlaşır

«AtaBank» bu il «MasterCard» ödəniş sisteminə qoşulmağa hazırlaşır
# 23 fevral 2012 13:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC ticarət və iaşə obyektlərində POS-terminalların pulsuz quraşdırılmasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, POS-terminalların quraşdırılması xidmətinə görə bank tərəfindən əlavə komissiya tələb olunmur.
Nağdsız ödənişlər bazarının həcminin artmasını və gələcəyini nəzərə alaraq, bank bu sahədə fəaliyyətini daha da sürətləndirmək niyyətindədir. Bunun nəticəsi olaraq bank 2012-ci il ərzində POS-terminal şəbəkəsini bir neçə dəfə artırmağı planlaşdırır. Belə ki, fevral ayının 15-nə olan məlumata görə, bankın POS-terminallarının ümumi sayı ilin əvvəli ilə müqayisədə 65% artaraq 1000 ədədi keçib.
Bankdan həmçinin bildirilib ki, «AtaBank» dünyanın ikinci ən böyük beynəlxalq ödəniş sistemi olan «MasterCard Europe Sprl.» ilə danışıqlara başlayıb. Bu il ərzində bu prosesin yekunlaşması gözlənilir. Yeni sistemə qoşulmaq bankın müştərilərinə yeni imkanlar yaradacaq və əlavə seçim imkanı verəcək.
Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR