Oktyabrda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu keçiriləcək

Oktyabrda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu keçiriləcək
# 27 iyun 2012 08:33 (UTC +04:00)
Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, Vyana Forumu Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın Avstriyadakı səfirliyi, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyi və ASAIF-in təşkilatçılığı ilə keçirilir.
Forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaq.
Forumda iştirak etmək üçün hal-hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlər və doktorantlar müraciət edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR