Bakı sakini qadının üzərinə benzin tökərək yandırıb

Bakı sakini qadının üzərinə benzin tökərək yandırıb
# 08 iyun 2012 10:25 (UTC +04:00)
Bakı-APA. Bakı şəhər sakini qeyri-rəsmi nikah münasibətlərində olduğu qadının üzərinə benzin tökərək yandırıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 7-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Ağahüseyn Dadaşov "VAZ-21015" markalı avtomaşınında, qeyri-rəsmi nikah münasibətlərində olduğu Lənkəran rayon sakini İlhamə Xudayarovanın üzərinə benzin tökərək yandırıb. İ. Xudayarova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. A. Dadaşov Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR