Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycana səfərə edəcək

Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycana səfərə edəcək
# 23 fevral 2012 09:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib. Onun sözlərinə görə, səfər “Euronest” Parlament Assambleyasının Bakıda keçiriləcək ikinci plenar sessiyası çərçivəsində baş tutacaq.

Ştefan Fülenin Azərbaycan prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə ikitərəfli əməldaşlıqla bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, “Euronest” Parlament Assambleyasının ikinci plenar sessiyası aprelin 3-4-də Bakıda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR