Ladhar Ibrahimi BMT və ƏDL-nin Suriya üzrə xüsusi təmsilçisi postunda Kofi Annanı əvəz edəcək

Ladhar Ibrahimi BMT və ƏDL-nin Suriya üzrə xüsusi təmsilçisi postunda Kofi Annanı əvəz edəcək
# 16 avqust 2012 21:09 (UTC +04:00)
Bakı-APA. Əlcəzairin sabiq xarici işlər naziri Ladhar Ibrahimi BMT və ƏDL-nin Suriya üzrə xüsusi təmsilçi postunda Kofi Annanı əvəz etməyə razılıq verib.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə BMT-də mənbə bildirib.
78 yaşxlı Ladhar Ibrahimi keçmişdə BMT-nin İraq, Əfganıstan, Haiti və CAR-da xüsusi təmsilçi vəzifəsində çalışıb.
Xatırladaq ki, avqustun 2-də BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi Kofi Annan tutduğu vəzifədən istefa verib.
Kofi Annan tərəfindən irəli sürülən planda Suriyada hərbi texnikanın şəhərlərdən çıxarılması və hər iki tərəfin zorakılığa son qoyması əksini tapmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR