Hüquq müdafiəçisi İnsan Alverinə Qarşı Mübarizə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin təcridxanasında monitorinq keçirib
05 sentyabr 2012 13:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov köməkçisi Bayram Bayramovla birlikdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. E. Behbudovun APA-ya verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında bir nəfər saxlanılır: “Orada saxlanılan bir nəfərlə görüşdük. Özünü təqsirli bilir. Hər hansı şikayəti olmadı. Həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan üç nəfər təqsirləndirilən şəxslə görüşdük. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayət etmədilər”.
Hadisə
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:15
19 may 2024
Sumqayıtda sursat aşkar edilib - FOTO - VİDEO
10:46
19 may 2024
Göygöldə çayda batan yeniyetmənin cəsədi tapılıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
07:25
19 may 2024
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024