MDB-də ən yüksək inflyasiya Belarusda qeydə alınıb

MDB-də ən yüksək inflyasiya Belarusda qeydə alınıb
# 16 aprel 2012 14:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən ilin yekunlarına görə MDB ölkələri sırasında ən yüksək inflyasiya Belarusda müşahidə olunub.
«APA-Economics»in xəbərinə görə, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, Belarusda illik inflyasiya 53% təşkil edib. Ən aşağı inflyasiya isə Türkmənistanda müşahidə olunub. Azərbaycan bu göstərici üzrə orta yerləri tutur:

Ölkə

İnflyasiya

Belarus

53%

Qırğızıstan

17%

Tacikistan

13%

Ermənistan

8%

Moldova

8%

Qazaxıstan

8%

Rusiya

8%

Ukrayna

8%

Azərbaycan

8%

Türkmənistan

5%

Özbəkistan*

5%


* yanvar-sentyabr 2011-ci il
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR