Azərbaycan ərazisində hava sentyabrın 23-dən soyumağa başlayacaq

Azərbaycan ərazisində hava sentyabrın 23-dən soyumağa başlayacaq
# 21 sentyabr 2012 08:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Azərbaycanda müşahidə edilən mülayim hava şəraiti sentyabrın 23-dək davam edəcək. Sentyabrın 22 və 23-də ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin avqustun 23-ü axşam saatlarında hava şəraiti dəyişəcək, payız havası müşahidə ediləcək. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, sentyabrın 22-23-də Bakı və Abşeron yarımadasında havanın temperaturu 27-33, Aran rayonlarında 27-32, dağlıq rayonlarda 16-28 dərəcə təşkil edəcək.

Ayın 23-ü axşam Bakı və Abşeron yarımadasında qərb küləyi əsəcək, 24-nə keçən gecə və səhər saatlarında şimal küləyi arabir güclənəcək. Ayın 24-də havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq: “Hazırda temperatur iqlim normasından 3 dərəcəyədək yuxarıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR