Azərbaycanda tikinti müəssisələrinin apardığı inşaat işlərinin həcmi 35% artıb

Azərbaycanda tikinti müəssisələrinin apardığı inşaat işlərinin həcmi 35% artıb
# 21 sentyabr 2012 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 34,9% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 73,2%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,1%-ni əsaslı təmir, 2,3%-ni cari təmir, 10,4%-ni isə sair tikinti işləri təşkil edib. Dövlət mülkiyyətli tikinti müəssisələri ümumi inşaat işlərinin 24,7%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 75,3%-ni yerinə yetirib.

Qeyd edək ki, 2012-ci ilin yanvar-iyul aylarında inşaat bölməsində çalışmış 86,9 min nəfərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 557,1 manat təşkil edib. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 584,3 manat olub, mülki təyinatlı inşaat işlərində işləyən işçilərdə 19,3%, ixtisaslaşdırılmış tikinti işlərində 14,5%, binaların tikintisində isə 1,3% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR