İsa Qəmbər Türkiyə parlamentinin keçmiş deputatı ilə görüşüb

İsa Qəmbər Türkiyə parlamentinin keçmiş deputatı ilə görüşüb
# 25 iyun 2012 15:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyənin Halkın Sesi Partiyasının İdarə Heyətinin üzvü, Böyük Millət Məclisinin keçmiş deputatı Mehmet Batuk ilə görüşüb.
Müsavat Partiyası mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Türkiyə və Azərbaycan arasında mövcud əlaqələrdən danışılıb. Müzakirələr zamanı partiyaların əməkdaşlıq səviyyəsinə də diqqət yöğnəldilib və əlaqələrin perspektivləri müzakirə mövzusu olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR