İvanişvili: “Cənubi Osetiyada baş verən müharibə Saakaşvilinin təxribatı idi”

İvanişvili: “Cənubi Osetiyada baş verən müharibə Saakaşvilinin təxribatı idi”
# 24 oktyabr 2012 16:58 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın baş naziri vəzifəsinə namizəd, “son parlament seçkilərində qalib gəlmiş “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvili 2008-ci ildə Cənubi Osetiyada baş verən müharibə prezident Mixail Saakaşvilinin təxribatı olduğunu bəyan edib.

APA-nın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, hakim “Vahid Milli Hərəkat” partiyasının üzvlərinə müraciət edən B.İvanişvili “bu böyük təxribatı sizin Ali Baş Komandanınız və siz törətmisiniz” – deyə bildirib.

Onun sözlərinə görə, bu faktı beynəlxalq istintaq komissiyası da təsdiqləyib: “Amerikalılar və avropalılar da bildirirlər ki, bütün bunlar baş verməyə bilərdi - əgər sizin normal rəhbərliyiniz olsaydı”.

B.İvanişvili yaxın gələcəkdə Rusiya ilə Gürcüstanın münasibətlərinin normallaşacağına və işğal olunmuş torpaqlarını qaytaracaqlarına ümid etdiyini söyləyib: “Bunun üçün Rusiya ilə maraqlarımız üst-üstə düşməlidir. Amma bizim bununla bağlı konkret planımız yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR