Quba-Qonaqkənd avtomobil yolunun bərpasına başlanılıb

Quba-Qonaqkənd avtomobil yolunun bərpasına başlanılıb
# 12 oktyabr 2012 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azəryolservis» ASC Quba-Qonaqkənd avtomobil yolunun bərpası və yenidən qurulması işlərinə başlayıb.

«APA-Economics»in ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, Amşar, Nügədi, Püstəqasım, Qam-Qam, Təngəaltı yaşayış məntəqələrindən keçən yolun uzunluğu 46 km təşkil edir: «0-30-cu km-lər 3-cü dərəcəli asfalt-beton, 31-46-cı km-lər isə 4-cü dərəcəli çınqıl örtüyə malikdir. Yol boyu 84 ədəd dəmir-beton boru, 3 ədəd körpü mövcuddur. Yolun 3-cü dərəcəli yola uyğunlaşdırılması üçün 36-cı km-dən başlayaraq torpaq işləri və dəmir-beton boruların tikintisi davam etdirilir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR