Varşava Universitetində xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərgi açılıb

Varşava Universitetində xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərgi açılıb
# 17 sentyabr 2012 13:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Sentyabrın 13-də Polşanın Varşava Universitetində Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərgi açılıb. Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Sərgi Azərbaycanın Polşadakı səfirliyi, «Lider» telekanalı, «Radio Azərbaycan» və Varşava Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə açılıb.

Sərginin açılış mərasimində Varşava Universitetinin prorektoru Alyozı Novak, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və rəssam Əsmər Nərimanbəyova çıxış edib, ölkələr arasında mədəniyyət əlaqələri və H. Əliyevin yaradıcılığı haqqında danışıblar.

Tədbirdə Polşa Xarici İşlər Nazirliyinin, Mədəniyyət və Milli İrs Nazirliyinin, parlamentin nümayəndələri, Varşavada akkreditə olunmuş səfirlər iştirak ediblər. Sərgidə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti tərəfindən hazırlanmış və rəssamın 100 illiyinə həsr olunmuş poçt markasının da təqdimatı keçirilib. Sərgi sentyabrın 30-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR