«Austrian Airlines»: Bakı-Vyana aviareysinin sayı artırılacaq

«Austrian Airlines»: Bakı-Vyana aviareysinin sayı artırılacaq
# 02 aprel 2012 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Austrian Airlines» aviaşirkəti Vyana-Bakı-Vyana marşrutu üzrə birbaşa sərnişin aviareyslərinin sayını artıracaq. Bu barədə «APA-Economics»ə «Austrian Airlines» şirkətinin Bakıdakı ofisindən məlumat verilib.

Şirkətdən bildirilib ki, əgər hazırda Bakıdan Vyanaya uçuşlar həftənin I, IV, V və VII günləri saat 17:55-də yerinə yetirilirsə, iyun ayının 5-dən etibarən bu aviareys həmçinin həftənin II günləri həyata keçiriləcək: «Vyana-Bakı-Vyana aviareysinin sayının artırılması aviaşirkətin yay qrafikinə keçidi ilə bağlıdır».

Qeyd edək ki, sözügedən aviareys «Airbus» tipli avialaynerləri ilə yerinə yetirilir. Hazırda hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 512 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR