Azərbaycanın Litvadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib - FOTO

Azərbaycanın Litvadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib - <font color=red>FOTO</font>
# 10 fevral 2012 11:46 (UTC +04:00)
Səfirlikdən APA-ya verilən məlumata görə, etimadnamənin təqdimatı mərasimindən sonra prezident D. Qribauskayte səfir H. Məmmədzadə ilə təkbətək görüş keçirib. Görüşdə səfir Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Litva Prezidenti ötən il Azərbaycana etdiyi səfəri məmnuniyyətlə xatırladığını, səfər zamanı göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etdiyini və öz növbəsində salam və ehtiramını Azərbaycan prezidentinə çatdırılmasını xahiş edib. Xanım prezident yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərə öz töhfəsini verdiyini və inkişaf edən Litva-Azərbaycan münasibətlərində şəxsən prezident İlham Əliyevin rolu olduğunu bildirib. Litva Prezidenti Azərbaycan prezidentini Litvaya rəsmi səfərə dəvət etdiyini bir daha qeyd edib.

Səfir Həsən Məmmədzadə dəvətin məmnuniyyətlə qəbul olunduğunu və bu istiqamətdə müvafiq işlərin aparıldığını bildirib. Səfir ölkəmizin Litva ilə bütün sahələrdə əlaqələri dərinləşməsində maraqlı olduğunu, o cümlədən informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, mədəniyyət sahələrinə xüsusi önəm verildiyini vurğulayıb.

O martın əvvəlində Azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyətinin azad iqtisadi zonalarla tanış olmaq və litvalı iş adamları ilə sıx əməkdaşlıq etmək məqsədilə Litvaya səfər edəcəyini qeyd edib. Litvanın xarici işlər naziri Audronyus Ajubalisin apreldə Azərbaycana səfərinin gözlənildiyini və Hökumətlərarası Komissiyanın ikinci iclasının Bakıda keçiriləcəyini bildirib. İclas çərçivəsində Litva iqtisadiyyatını əhatə edən məhsulların Bakıda sərgi-yarmarkasının təşkil olunacaq.

2012-ci ilin iyun ayında isə Litvanın baş naziri cənab Andrius Kubiliyusun Azərbaycana səfərinin həyata keçməsi istiqamətdə iş aparıldığı vurğulanıb. Habelə, Azərbaycanın təhsil nazirinin öz həmkarının dəvəti ilə Litvaya səfərinin nəzərdə tutulduğu və bir sıra digər nazirliklər arasında əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkil olunacağı bildirilib.

Səfir Litva hökumətinin artıq iki ildir azərbaycanlı tələbələrin Litvada təhsil alması üçün göstərdikləri dəstəyi yüksək qiymətləndirdiyini, Səfirliyin öz növbəsində 10-15 litvalı əlaçı tələb üçün Heydər Əliyev adına təqaüd təsis etdiyini diqqətə çatdırıb. Prezident Səfirliyin bu addımının tələbələr arasında təqaüd alınması üçün sağlam bir rəqabət mühiti yaradacağını və ümumilikdə Heydər Əliyevin adının həmişə məmnunluqla xatırlanacağını bildirib.

İki ölkənin mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi və ilk dəfə olaraq qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi prioritet məsələlər arasında olduğu qeyd olunub.

Görüşün sonunda Litva Prezidenti xanım Dalia Qribauskayte Səfir Həsən Məmmədzadəni Litvada fəaliyyətə başlaması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR