Azərbaycan «Eurovision-2012» mahnı müsabiqəsinə gələn əcnəbilərə sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə başlayıb

Azərbaycan «Eurovision-2012» mahnı müsabiqəsinə gələn əcnəbilərə sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə başlayıb
# 14 aprel 2012 21:01 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Azərbaycanda «Eurovision-2012» mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar müsabiqə dövründə ölkəyə gəlmək məqsədi ilə viza almaq üçün şərtlər sadələşdirilib.

Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Azərbaycandakı beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Viza verilməsi üçün əsas «Eurovision-2012» mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd və ya «Eurovision-2012» mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri sayılır.

«Eurovision-2012» mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş müsabiqə iştirakçıları və nümayəndə heyətlərinin üzvlərinə vizalar 2012-ci il aprelin 15-dən iyunun 1-dək, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fan-klub üzvləri, habelə «Eurovision-2012» mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslərə 2012-ci il mayın 10-dan iyunun 1-dək veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR