Şimali Koreya AEBA-nı nüvə probleminə müdaxilə etməməyə çağırıb

Şimali Koreya AEBA-nı nüvə probleminə müdaxilə etməməyə çağırıb
# 06 noyabr 2012 00:55 (UTC +04:00)
Bakı-APA. Şimali Koreya hakimiyyəti Atom Energetikası üzrə Beynəlxalq Agentlikdən (AEBA) Koreya yarımadasında nüvə probleminin həllinə qarışmamağı tələb ediblər.

«AEBA-nın Koreya yarımadasındakı nüvə silahı ilə bağlı vəziyyətə müdaxilə etmək səlahiyyəti yoxdur», deyə Koreya Xalq Demokratik Respublikasının (KXDR) BMT yanındakı daimi nümayəndəsinin müavini Li Don İl bəyan edib.

Onun sözlərinə görə, AEBA qeyri-nüvə ölkələri ilə işləməlidir, lakin KXDR qeyri-nüvə ölkəsi deyil. Li Don İl bildirib ki, KXDR nüvə silahının yayılmaması barədə müqavilənin iştirakçısı deyil və AEBA ilə heç bir əlaqəsi yoxdur. Agentliyi «kor-koranə ABŞ-ın KXDR-ə qarşı siyasətini yürütməkdə ittiham edən Li Don İl AEBA-nın bu cür mövqeyinin Koreya yarımadasında nüvə probleminin həlli məsələsini yalnız mürəkkəbləşdirdiyini bəyan edib.

KXDR 2005-ci ildə nüvə silahına malik olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR