İrandan Azərbaycana narkotik vasitələr keçirməkdə və qaçaqmalçılıqda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

İrandan Azərbaycana narkotik vasitələr keçirməkdə və qaçaqmalçılıqda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
# 09 avqust 2012 08:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitələr keçirməkdə və qaçaqmalçılıqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Paşa Camalov 13 il, Eldəniz Qafarov 12 il, Səxavət Ağayev 11 il, Emin Bağırov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dəstə üzvləri İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyərkən saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma) maddələrinə əsasən ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR