Arif Quliyevin səhhəti yaxşılaşıb

Arif Quliyevin səhhəti yaxşılaşıb
# 04 sentyabr 2012 12:16 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın xalq artisti Arif Quliyevin səhhəti nisbətən yaxşılaşıb. Ötən gün hipertonik ensefalopatiya diaqnozu ilə Dəniz Gəmiçiliyi Xəstəxanasına yerləşdirilən aktyor, hazırda özünü yaxşı hiss edir. Xəstəxanadan APA-ya bildirilib ki, Arif Quliyev daha bir neçə gün müalicə kursu keçəcək, həkim nəzarətində olacaq. Hazırda aktyorun oğlu, gəlini və nəvəsi də yanındadır. Aktyor sərbəst danışa və gəzə bilir.

Qeyd edək ki, sentyabrın 2-də gecə saatlarında Ağcabədi rayonuna yas mərasiminə gedərkən yolda aktyorun vəziyyəti pisləşib. Xalq artisti Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Orada ona ilkin tibbi yardım göstəriləndən sonra Bakıya yola salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR