Azərbaycan MSN İndoneziyada keçiriləcək sərgidə bir sıra yeni məhsullarını ilk dəfə nümayiş etdirəcək

Azərbaycan MSN İndoneziyada keçiriləcək sərgidə bir sıra yeni məhsullarını ilk dəfə nümayiş etdirəcək
# 01 noyabr 2012 09:53 (UTC +04:00)
Bu barədə APA-ya MSN-dən məlumat verilib.

Sərgidə ilk dəfə nümayiş etdiriləcək məhsullar arasınad MSN müəssisələrində yeni yaradılan və istehsal olunan gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə və atıcı silahlar üçün şəffaf patron daraqları yer alır.

Ümumilikdə beynəlxalq sərgidə MSN istehsalı olan 125 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur. Onların arasında müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikasını və s. Yer alır.

Noyabrın 7-dən 10-dək davam edəcək sərgidə müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. “Indo Defence-2012” sərgisində 50-dən artıq ölkədən 500-dən artıq şirkətin iştirakı gözlənilir.

Sərgi zamanı nazir Yavər Camalovun İndoneziyanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR