BMT eksperti Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi və vərəmlə mübarizənin hüquqi aspektlərini araşdıracaq

BMT eksperti Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi və vərəmlə mübarizənin hüquqi aspektlərini araşdıracaq
# 14 may 2012 14:29 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Anand Grover səhiyyənin maliyyələşdirilməsi, vərəmlə bağlı durum, həbsxana və müvəqqəti saxlama təcridxanalarında səhiyyə xidmətinin spesifik insan hüquqları aspektləri də daxil olmaqla ölkədə sağlamlıq hüququnun həyata keçirilməsinə dair məsələləri qiymətləndirmək üçün 16-23 may tarixlərində Azərbaycana səfər edəcək. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, hökumətin dəvəti ilə Azərbaycana səfər edəcək A. Grover hökumət nümayəndələri, parlament üzvləri, beynəlxalq ictimaiyyət, həkimlər, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.

A. Grover açıqlamasında bildirib ki, vərəm xəstəliyi Azərbaycanda həm ictimai sağlamlıq, həm də insan hüquqları üçün böyük təhlükədir. O deyib ki, insanların vərəmə qarşı həssaslığı və bu xəstəliyin diaqnozu, müalicəsi əhəmiyyətli dərəcədə onların öz insan hüquqlarını həyata keçirmək bacarığı ilə əlaqədardır: “Vərəmin yayılmasını məhdudlaşdırmaq üçün müəyyən imkan olarsa, təhqir və diskriminasiya kimi kritik məsələlər gündəliyin mərkəzində dayanmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR