Amerikalı analitik: “Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdirilən snayperlər Dağlıq Qarabağ münaqişəsinin kompromis əsasında həllini təhlükə altında qoyur”

Amerikalı analitik: “Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdirilən snayperlər Dağlıq Qarabağ münaqişəsinin kompromis əsasında həllini təhlükə altında qoyur”
# 21 fevral 2012 09:27 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu fikirləri tanınmış amerikalı analitik, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Mark Ditsen (Mark Dietzen) Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin saytında dərc olunan məqaləsində qeyd edib.

“1994-cü ildə atəşkəs razılaşması əldə olunandan bu yana hər il həm Ermənistan, həm də Azərbaycan tərəfdə 30 nəfərə yaxın insan snayper atəşinin qurbanı olur. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik artdıqca, kompromis snayperlərin axıtdıqları qanların növbəti qurbanına çevrilir”.

Uzun illər münaqişəni araşdıran Mark Ditsen xatırladır ki, ATƏT-in Minsk Qrupu Madrid prinsiplərini özündə əks etdirən mərhələli sülh planını təklif edib.

“Təəssüf ki, snayperlərin atəşkəsi pozması nəticəsində münaqişənin hərbi xarakteri artır, bu da kompromis üçün ilkin vacib şərt olan qarşılıqlı inamın artırılmasına mane olur. Bunun nəticəsində ərazilərin qaytarılması perspektivi getdikcə uzaqlaşır. Əgər Madrid prinsipləri həyata keçirilsə, təhlükəsizlik məsələsinin həllinə beynəlxalq təminat verəcək. Buraya sülhyaratma əməliyyatları da daxildir. Lakin o qeyd edir ki, hər yeni snayper hücumu bu “əgər” ehtimalını azaldır”.

“Təmas xətti artıq ölüm xəttinə çevrilib” deyən analitik bildirib ki, vəziyyət dəyişməsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə olan son ümidlər dəfn ediləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR