Azərbaycanın Türkiyədəki səfirliyində İrs-Miras jurnalının təqdimat mərasimi və Novruz Bayramı şənliyi təşkil olunub

Azərbaycanın Türkiyədəki səfirliyində İrs-Miras jurnalının təqdimat mərasimi və Novruz Bayramı şənliyi təşkil olunub
# 18 mart 2012 02:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Türkiyədəki səfirliyində İrs-Miras jurnalının təqdimat mərasimi və Novruz Bayramı şənliyi təşkil olunub.
Səfirlikdən APA-ya veriləm məlumata görə, geniş tərkibli tədbirdə, Türkiyə prezidenti Aparatının Baş Katibi Mustafa İsen, TBMM-nin sabiq Sədri İsmet Sezqin, İrs-Miras jurnalının Baş redaktoru Musa Mərcanlı, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Kemal Fahir Genç, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, çox sayda millət vəkili, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri, diaspor nümayəndələri və çox sayda KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Faiq Bağırov ilk olaraq 12 türk əsgərinin Əfqanıstanda şəhid olmasından duyduğu dərin hüznü ifadə edib və hər kəsə başsağlığı diləyib. Ardından səfir Azərbaycan prezidenti İlham Əliyevin Novruz Bayramı təbrikini tədbir iştirakçılarına oxuyub, İrs-Miras jurnalının bundan sonra artıq türk dilində də çıxacağına xəbərini qonaqlara çatdırıb.
Sonra İrs-Miras jurnalının Baş redaktoru Musa Mərcanlı çıxış edərək jurnalın təbiətindən, mahiyyətindən və məramından ətraflı şəkildə söz açıb, 10 yaşında olan İrs-Miras jurnalının keçdiyi inkişaf yolundan, dünyanın çox sayda ölkəsində dərc olunan jurnalın getdikcə böyüyən oxuyucu kütləsinin önəmindən, İrs-Miras jurnalı vasitəsilə həqiqətlərin anlaşılacağından və Türkiyə kimi qardaş bir ölkədə bu jurnalın buraxılmasının olduqca əlamətdar bir addım olduğundan bəhs edib.
Türkiyə prezident Aparatının Baş Katibi Mustafa İsenə öz çıxışında iki qardaş ölkə Azərbaycan və Türkiyə əlaqələrinin perspektivlərindən danışıb.
Çıxışlardan sonra tədbir iştirakçılarına, Şenol Talınlının ifasında klassik Azərbaycan musiqiləri sədaları altında ziyafət verilib.
Tədbir iştirakçılarına İrs-Miras jurnalının ilk nömrəsi təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR