Bakıda reklam və marketinq məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTO
29 mart 2012 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Reklamçılar İttifaqının təşkilatçılığı ilə “Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı beynəlxalq elmi-praktiki Konfransı işə başlayıb.
“APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın vacibliyini vurğulayaraq qeyd edib ki, iki gün davam edəcək tədbir çərçivəsində reklam işinin elmi nəzəriyyəsi və təcrübəsi müzakirə olunacaq.
Onun sözlərinə görə, Azərbaycanda baş verən yenidənqurma, sosial-iqtisadi sıçrayış və hərtərəfli intibah reklam sahəsinin müasir əsaslarını formalaşdırmaqla yanaşı, reklamçılığın genişlənməsinə və təkmilləşməsinə geniş imkanlar açaraq səmərəli mühit yaradıb.
Konfransa məruzəçi qismində 20 ölkədən reklam və marketinq mütəxəssisləri dəvət olunub. Tədbirdə Azərbaycanın reklam mütəxəssisləri ilə yanaşı, Türkiyə, İngiltərə, İsveç, İspaniya, BƏƏ, CAR, İran, Rusiya, Ukrayna, Özbəkistan və Gürcüstan kimi bir çox xarici ölkələrin reklam sahəsində böyük təcrübəyə malik görkəmli mütəxəssisləri iştirak edir. Konfransda milli reklamçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi, dünya təcrübəsinə baxış, reklam dizaynı və marketinq, müasir tələblərə cavab verən reklam mədəniyyətinə sahib olmaq imkanları, həmçinin mədəniyyət və turizm sahələrinin reklam təminatı kimi bir çox aktual məsələlər müzakirə ediləcək.
Konfransın birinci günündə reklam və marketinqə dair məruzələr dinləniləcək, ikinci gündə isə bu mövzularda ustad dərsləri keçiriləcək. Tədbirin sonunda yekun qətnamə qəbul ediləcək və iştirakçılara xüsusi diplomlar təqdim olunacaq.

Sahibkarlıq
Bu il güzəştli kreditlərin 71%-i regionların payına düşüb
12:00
10 may 2024
Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub
11:25
10 may 2024
Osman Xaliyev: Bu il hədəfimiz sahibkarlara 200 mln. manat güzəştli kredit verməkdir
11:18
10 may 2024
SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq
11:10
10 may 2024