İsfahanda 6 gözəllik salonu bağlanıb, 26 salona isə bağlanacağı ilə bağlı xəbərdarlıq edilib

İsfahanda 6 gözəllik salonu bağlanıb, 26 salona isə bağlanacağı ilə bağlı xəbərdarlıq edilib
# 19 oktyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İsfahan polisi şəriət qaydalarını pozan və qanunsuz fəaliyyət göstərən obyektləri aşkar etmək üçün şəhərin gözəllik salonlarında reyd keçirib.

APA-nın məlumatına görə, bu barədə İsfahan Polis İdarəsinin təhlükəsizlik şöbəsinin rəisi Mirabbas Sufivənd açıqlama verib.

O bildirib ki, reyd nəticəsində 6 gözəllik salonu bağlanıb: “Fəaliyyəti dayandırılan obyektlərdə şəriət qaydalarının pozulduğunu aşkar etdik.
Həmin salonlarda qadınlarla yanaşı, kişilərə də xidmət göstərilir, fala baxılır, saçları bəzədilmiş qadınların fotoları çəkilib yeni müştərilərə nümayiş etdirilir. Həmçinin salonların adları şəriətə uyğun deyil”.

M.Sufivənd əlavə edib ki, reyd zamanı 148 foto müsadirə edilib: “İsfahanın daha 26 gözəllik salonuna da bağlanacağı ilə bağlı xəbərdarlıq edilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR