Azərbaycan ərazisində hava meteohəssas insanlar əlverişsiz olacaq

Azərbaycan ərazisində hava meteohəssas insanlar əlverişsiz olacaq
# 03 sentyabr 2012 09:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Yaxın üç gündə ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, sentyabrın 4-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq.

Sentyabrın 5-də az buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Sentyabrın 6-da havanın dəyişkən buludlu, gündüz arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gücə 18-22, gündüz 23-26 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 4-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Sentyabrın 5-də hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 6-da gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, sentyabrın 4-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Lakin sentyabrın 5-i və 6-da atmosfer təzyiqinin xeyli tərəddüdü, sentyabrın 5-də arabir güclənən gilavar küləyinin sentyabrın 6-da güclü xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR