Azərbaycanda əsas kapitala xarici investisiyalar 12% artıb

Azərbaycanda əsas kapitala xarici investisiyalar 12% artıb
# 19 oktyabr 2012 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 2 028,1 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 11,9% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 858,0 mln. manatı və ya 91,6%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsus olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR