“Aqrar-sənaye kompleksinin inkişafında logistik mərkəzlər” mövzusunda seminar keçirilib

“Aqrar-sənaye kompleksinin inkişafında logistik mərkəzlər” mövzusunda seminar keçirilib
# 19 iyul 2012 12:18 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin inkişafında logistik mərkəzlər” mövzusunda tədbir keçirilib.

Nazirlikdən “APA_Economics”ə verilən xəbərə görə, tədbirdə İİN-in, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ), ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyinin (USAİD) “Azərbaycanda rəqabətlilik və ticarət” layihəsinin nümayəndələri, xarici ekspertlər və sahibkarlar iştirak ediblər.

İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu vurğulayıb. Qeyd edilib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı daha da sürətlənir, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artır, sahibkarlıq fəaliyyəti genişlənir.

ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyinin (USAİD) Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsinin rəhbəri Con O’Konnell, logistik mərkəzlər üzrə mütəxəssis Patrik Hyuz aqrar sektorun infrastruktur təminatı və logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu barədə təqdimatlarla çıxış ediblər.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, infrastruktur layihələrinin, xüsusilə logistik mərkəzlərin özəl sektorun inkişafında əhəmiyyətini qeyd edib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndəsi Gülnarə Məmmədova təşkilatın həyata keçirdiyi “Azərbaycanda özəl sektorun inkişafına dəstək” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə İİN-in göstərdiyi elektron xidmətlər, eləcə də icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə sahibkarlara ətraflı məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR