“ATƏT Minsk Qrupunun buraxılmasının zəruriliyi” mövzusunda dəyirmi masa keçirilib

“ATƏT Minsk Qrupunun buraxılmasının zəruriliyi” mövzusunda dəyirmi masa keçirilib
# 18 aprel 2012 11:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə “ATƏT Minsk Qrupunun buraxılmasının zəruriliyi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, yığıncağın aparıcısı hərbi ekspert Azad İsazadə olub.

Tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Qazilər Birliyinin sədri Etimad Əsədov, QAT-ın Türkiyə bürosunun təmsilçisi Cəfər Dal və başqaları Ermənistanın işğalçılıq əməllərini pisləyərək beynəlxalq qurumların münaqişənin həllinə münasibətini tənqid ediblər. Yığıncaqda ATƏT Minsk Qrupunun buraxılmasının vacibliyi vurğulanıb və dəyirmi masa iştirakçıları adından bəyanat qəbul olunub.

Bəyanatda bildirilir ki, Minsk Qrupuna həmsədrlik edən dövlətlər 20 il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz maraqlarını və işğalçı Ermənistanın əsassız iddialarını təmin etməklə məşğul olublar. Azərbaycan isə vasitəçi dövlətlərin, beynəlxalq təşkilatların ədalətsiz mövqeyi və təhdidləri ilə üz-üzə qalıb. Azərbaycan bu cür ədalətsiz vasitəçilik missiyasından imtina etməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR