AMB: «Azərbaycanda dollarlaşma səviyyəsi əhəmiyyətli dərəcədə azalıb»

AMB: «Azərbaycanda dollarlaşma səviyyəsi əhəmiyyətli dərəcədə azalıb»
# 15 avqust 2012 11:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Son 10 il ərzində Azərbaycanda dollarlaşma əhəmiyyətli dərəcədə azalıb, manatla olan əmanətlərin xüsusi çəkisi 2 dəfədən çox artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

AMB bildirir ki, son illər ölkədə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, dəyişən və mürəkkəbləşən qlobal iqtisadi mühit şəraitində Mərkəzi Bankın qarşısında duran əsas strateji hədəflərdən biri nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılmasıdır: «Bu çərçivədə qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sisteminin formalaşdırılması və tam avtomatlaşdırılmış modern xəzinə infrastrukturunun yaradılması nəzərdə tutulur».

Bununla əlaqədar olaraq artıq Mərkəzi Bank tərəfindən ən son texnologiyalar əsasında tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin yaradılması, nağd pulun idarə edilməsinin menecment informasiya sistemlərinin, pul nişanlarının müasir dizayn, logistika və ekspertizası institutlarının, habelə yeni hesabatlıq sisteminin və iqtisadi təhlil bazasının yaradılması kimi layihələrin icrasına başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR