Beynəlxalq Əmək Təşkilatının 156 saylı konvensiyasının tətbiqi və inkişafı mövzusunda konfrans keçirilib

Beynəlxalq Əmək Təşkilatının 156 saylı konvensiyasının tətbiqi və inkişafı mövzusunda konfrans keçirilib
# 21 fevral 2012 08:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Ailə öhdəlikləri olan işçilər haqqında BƏT-in 156 saylı konvensiyasının iş yerlərində tətbiqi və inkişafı” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən konfederasiyanın sədr müavini İlyas Əliyev bildirib ki, Azərbaycan 2010-cu ildə bu konvensiyanı ratifikasiya edib: “Cəmiyyətdə olan hər bir insanın gündəlik həyatına təsir edən bu konvensiyanın müzakirəsi çox vacibdir. Konvensiya himayəsində uşaqlar və ya digər yaxın qohumları, ailə üzvləri olan, ailə öhdəliklərini yerinə yetirən işçi kişi və qadınlara şamil edilir”.

BƏT-in həmkarlar üzrə baş məsləhətçisi Sergius Qlovaskas isə deyib ki, Azərbaycanın konvensiyanı qəbul etməsi artıq onun müddəalarını yerinə yetirmək istəyindən xəbər verir: “Bu konvensiyanın bütün iş yerlərinə gedib çatması və bütün işçiləri əhatə etməsi üçün yerli həmkarlar ittifaqları aydın və konkret planlar hazırlamalıdırlar. BƏT bununla bağlı lazımi texniki və hüquqi yardımı göstərməyə hazırdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR