«Access Bank»ın depoziit portfeli 200 mln. dolları ötüb

«Access Bank»ın depoziit portfeli 200 mln. dolları ötüb
# 20 iyun 2012 14:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin depozit portfelinin həcmi 200 mln. ABŞ dollarına çatıb. Bu barədə «APA-Economics»ə Bankın baş ofisindən məlumat verilib: «Depozit portfelinin artması bankın Azərbaycanda uzun illər ərzində sabit və etibarlı fəaliyyəti sayəsində qazandığı müştəri etibarının yüksəldiyini nümayiş etdirir».

Hazırda bankın fiziki və hüquqi şəxslər üzrə əmanətçilərinin ümumi sayı təxminən 120 min nəfərdir.

Bankın İdarə Heyətinin sədri Endrvu Pospielovskinin sözlərinə görə, «Access Bank» Azərbaycanda 10 illik fəaliyyəti ərzində bank həm maliyyələşmə sahəsində, həm də əmanətlər üzrə etibarlı tərəfdaş kimi nüfuz qazanıb. «Depozitlərdə 120 min hesab və 200 mln. ABŞ dolları həddinin keçilməsi bizim Azərbaycan əhalisi arasında qazandığımız etibarı bir daha təsdiqləyir», - deyə E.Pospielovski bildirib.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW (hərəsi 20%), «AccessHolding» (16,5%) və Almaniyanın «LFS Financial Systems GmbH» (3,5%) şirkətləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR