Azərbaycan MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada prezident seçkilərini müşahidə edəcək

Azərbaycan MSK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada prezident seçkilərini müşahidə edəcək
# 27 fevral 2012 10:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərliyik etdiyi nümayəndə heyəti martın 2-də Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.

MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, Rusiya Federasiyası MSK rəhbərliyinin dəvəti əsasında baş tutacaq səfərin məqsədi bu ölkədə keçiriləcək prezidenti seçkilərini müşahidə etməkdir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 4-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR